ABŞ Prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən amerikalı siyasi fəal Çarli Kirkin xatirəsinə hörmət əlaməti olaraq ölkədə bayraqların yarıya endirilməsini əmr edib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Həqiqətən, böyük Amerika vətənpərvəri olan Çarli Kirkin şərəfinə bazar günü axşam saat 18:00-a qədər Birləşmiş Ştatlardakı bütün Amerika bayraqlarının yarıya endirilməsini əmr edirəm", - Tramp paylaşımda bildirib.
Qeyd edək ki, Donald Trampın tərəfdarı olan 31 yaşlı siyasi fəal Utah Valley Universitetində çıxışı zamanı güllələnib. Hadisədə şübhəli bilinən şəxs bir neçə saat sonra saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:37 / 11.09.2025
ABŞ-də matəm elan olundu
Hazırda oxunan: ABŞ-də matəm elan olundu
Hazırda oxunan: ABŞ-də matəm elan olundu
269808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.