Rusiyadan Ukraynaya dəhşətli HÜCUM - 15 vilayətə zərbələr endirildi - FOTO/VİDEO

Rusiyadan Ukraynaya dəhşətli HÜCUM - 15 vilayətə zərbələr endirildi - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyadan Ukraynaya dəhşətli HÜCUM - 15 vilayətə zərbələr endirildi - FOTO/VİDEO

269649

“Ukraynaya Rusiya ordusu ötən gecə ümumilikdə təxminən 415 dron və 40-dan çox qanadlı raket buraxıblar.  Hücumdan 15 vilayət zərər çəkib”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.

Prezident həmçinin Rusiya PUA-larının Polşa hava məkanını pozması ilə bağlı insidenti şərh edib:

“Moskva həmişə imkanların sərhədlərini yoxlayır və güclü reaksiya görmədikdə eskalasiyanın yeni səviyyəsində qalır. Bu gün daha bir eskalasiya addımı atıldı – Rusiya-İran istehsalı olan “Şahed”lər Polşanın, NATO-nun hava məkanında fəaliyyət göstərdi. Bu, Avropa üçün son dərəcə təhlükəli presedentdir. Sonrakı addımlar olacaqmı? Bu, tamamilə cavab tədbirlərinin koordinasiyasından və gücündən asılıdır,” – deyə prezident bildirib.

UNİAN nəşri Ukraynaya gecə hücumunun nəticələrini açıqlayıb.

▪️ Jitomir vilayətində atəş nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Bir neçə mülki müəssisə və yaşayış evlərinə ziyan dəyib.

▪️ Xmelnitski vilayətinin Voločisk şəhərində 3 nəfər xəsarət alıb. Hücum tikiş fabrikinə məxsus anbarlara düşüb. Həmçinin yanacaqdoldurma məntəqəsi də zədələnib.

▪️ Vinnitsa vilayətində mülki sənaye obyektlərinə zərbə endirilib. Hazırda yaralı və ya ölənlərlə bağlı məlumat yoxdur.

▪️ Çerkası vilayətində insanlar zərər görməsə də, atəş nəticəsində Zolotonoşa rayonunda tövlə dağılıb, 2 inək tələf olub. Zveniqorodkada elektrik ötürücü xətləri zədələnib.

Vinnitsa vilayətinin rəhbəri Nataliya Zabolotnaya bildirib ki, vilayət 11 raket və 26 “Şahed” dronu ilə hücuma məruz qalıb.
 

Zərbə altına mülki sənaye infrastrukturuna aid obyektlər düşüb, hazırda yanğının söndürülməsi istiqamətində xilasedicilər işləyirlər. Yaralanan bir nəfər kişi xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir.


Vilayətdə təxminən 30 yaşayış evi zədələnib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO