Tramp: “Dohaya hücum mənim yox, Netanyahunun qərarı idi”

Tramp: “Dohaya hücum mənim yox, Netanyahunun qərarı idi”

Hazırda oxunan: Tramp: “Dohaya hücum mənim yox, Netanyahunun qərarı idi”

269616

“Dohada HƏMAS-a hücum Baş nazir Netanyahunun verdiyi qərar idi, mənim yox”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. 

O, dərhal xüsusi elçi Stiv Uitkofa Qətərə gözlənilən hücum barədə məlumatlandırmağı əmr etdiyini deyib. “O, bunu etsə də artıq çox gec etdi. Mən Qətərə ABŞ-ın güclü müttəfiqi, dostu kimi baxıram və hücumun yeri ilə bağlı təəssüf hissi keçirirəm. Mən bütün girovların azad edilməsini və bu müharibənin tezliklə bitməsini istəyirəm”,-deyə Tramp əlavə edib.

Tramp hecumdan sonra İsrailin Baş nazirİ Netanyahu və Qətər əmiri və Baş naziri ilə danışdığını təsdiqləyib. “Mən Dövlət katibi Marko Rubioya Qətərlə Müdafiə Əməkdaşlığı Sazişini yekunlaşdırmağı tapşırmışam”,- deyə ABŞ Prezidenti vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO