“Apple” şirkəti yeni iPhone 17 modelini təqdim edib.
Bizim.Media xəbər verir ki, şirkət təqdimatın canlı yayımlarını öz sosial şəbəkələrində paylaşır.
Yeni model Apple tarixindəki ən nazik iPhone-dur. O, “kosmik titan” materialından hazırlanıb və ən möhkəm ekranlardan biri sayılan keramika qoruyucu displeylə təchiz olunub. Cihazın qalınlığı 5,6 mm təşkil edir.
Həmçinin, mobil telefonla yanaşı, Apple Watch Series11 də təqdim olunub: onların korpusu digərlərindən nazikdir və cihaz 5G-i dəstəkləyir.
Bundan əlavə, Apple saatları üçün müxtəlif rəngli qayışlar satışa çıxarılıb – üzərində müxtəlif naxışlarla yaşıl, şaftalı rəngli, qara və mavi rəngdə.
Təqdimat zamanı həmçinin yeni qulaqlıqlar – AirPods Pro 3 nümayiş olunub. Əsas yeniliklərdən biri fərqli dillərdən real vaxtda tərcümə funksiyası və qulaqlıq kimi eşitmə dəstəyidir. Bundan başqa, qulaqlıqlarda yenilənmiş səs-küy azaldıcı sistem əlavə olunub.
Bizim.Media