Xəbər verdiyimiz kimi, sentyabrın 9-da günorta saatlarında Rusiya ordusu Donetsk vilayətinin Yarovaya qəsəbəsinə aviabomba atıb. Hücum məhz pensiya paylanması anında olub və ilk məlumata görə 23 dinc sakin həlak olub.
Bizim.Media xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında zərbədən sonrakı görüntüləri yayıb.
Videoda öldürülənlərin cəsədləri və partlayış nəticəsində zədələnmiş minik avtomobili görünür.
Zelenski beynəlxalq ictimaiyyəti hərəkətə çağırıb: “Rusiyanın belə zərbələri dünyanın adekvat reaksiyasız qalmamalıdır. Ruslar insanları öldürməyə davam edir, amma yeni sanksiyalardan və güclü zərbələrdən yayınırlar. Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-ın, Avropanın, “Böyük iyirmiliyin” reaksiyası lazımdır. Rusiyanın ölüm saçmasının qarşısını almaq üçün güclü addımlar atılmalıdır.”
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:25 / 09.09.2025
Rusiyanın pensiyaçıları qətlə yetirməsinə Zelenskidən SƏRT REAKSİYA
Hazırda oxunan: Rusiyanın pensiyaçıları qətlə yetirməsinə Zelenskidən SƏRT REAKSİYA
Hazırda oxunan: Rusiyanın pensiyaçıları qətlə yetirməsinə Zelenskidən SƏRT REAKSİYA
269548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.