Nepal Prezidenti istefa verdi - VİDEO

Nepal Prezidenti istefa verdi - VİDEO

Hazırda oxunan: Nepal Prezidenti istefa verdi - VİDEO

269538

Nepal Prezidenti Ram Çandra Paudel iğtişaşlar fonunda istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə "İndia Today" məlumat yayıb.

Məlumata görə, etirazçılar ölkənin "onların nəzarətinə keçdiyini" bəyan edib və seçkilərə hazırlığa başlamağa çağırıblar.

Xatırladaq ki, daha əvvəl ölkənin Baş naziri Şarma Oli istefa vermişdi.
 

Qeyd edək ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər isə sentyabrın 9-da ləğv edilib.


Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına, eləcə də parlamentin binasına basqın edərək yandırıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO