Nepalda etirazçılar prezident ofisini yandırdılar - VİDEO

Nepalda etirazçılar prezident ofisini yandırdılar - VİDEO

Hazırda oxunan: Nepalda etirazçılar prezident ofisini yandırdılar - VİDEO

269535

Nepalda etirazçılar Şital-Nivasda prezident ofisini yandırdılar.

Bizim.Media xəbər verir ki, bu barədə "Thehimalayantimes" nəşri yazıb.

Baş Prokurorluq, Federal Parlament, Ali Məhkəmə, Xüsusi Məhkəmə, dairə məhkəmələri, həmçinin yüksək siyasi liderlərin ev və ofislərində yanğınlar və vandalizm aktları barədə məlumat verilir.

Davam edən nümayişlər fonunda ölkə hökumətinin nümayəndələri vətəndaşları təmkinli olmağa çağırıblar. "Baş nazir K.P.Şarma Olinin istefası qəbul edilib, biz bütün vətəndaşları sakitliyi qorumağa, təmkinli olmağa çağırırıq", - hökumət üzvlərinin müraciətində deyilir.

Qeyd edək ki, Katmandudakı Federal Parlament binası və digər obyektlər qarşısında iki gün ərzində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə 22 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.

Katmandu vadisində komendant saatının tətbiq edilməsinə və təhlükəsizlik qüvvələrinin gücləndirilməsinə baxmayaraq etirazlar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO