Facebook və İnstagrama görə Nepalda etirazçılar prezidentin iqamətgahını yandırdı – VİDEO

Facebook və İnstagrama görə Nepalda etirazçılar prezidentin iqamətgahını yandırdı – VİDEO

Hazırda oxunan: Facebook və İnstagrama görə Nepalda etirazçılar prezidentin iqamətgahını yandırdı – VİDEO

269489

Nepalda etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edərək yandırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “NDTV” telekanalı yayıb.

Telekanalda, eləcə də sosial şəbəkələrdə yayılan görüntülərdən etirazçıların Paudelin evini dağıtdığını görmək mümkündür.

Bundan əvvəl isə aksiya iştirakçıları paytaxt Katmanduda bir neçə siyasətçinin iqamətgahını da yandırıblar.
 

Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən vatsap messenceri, feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.


Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə aksiya təşkil edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO