Bu gün Abşeron Logistika Mərkəzində TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilir.
Bizim.Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.
TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:12 / 09.09.2025
Çindən Avropaya yola düşən qatar Bakıya çatdı
Hazırda oxunan: Çindən Avropaya yola düşən qatar Bakıya çatdı
Hazırda oxunan: Çindən Avropaya yola düşən qatar Bakıya çatdı
269471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.