Süni intellektin heç vaxt əvəz etməyəcəyi PEŞƏLƏR

Süni intellektin heç vaxt əvəz etməyəcəyi PEŞƏLƏR

Hazırda oxunan: Süni intellektin heç vaxt əvəz etməyəcəyi PEŞƏLƏR

269241

"Əmək bazarının süni intellekt tərəfindən dəyişdirilməsinə baxmayaraq, bəzi peşələr aktuallığını qoruyacaq".

Bizim.Media xəbər verir ki, bunu Gazeta.ru-ya "Miqrant Servis" platformasının direktoru Andrey Kladov bildirib.

"Bu gün ABŞ-də iş yerlərinin yalnız 3%-ə yaxını süni intellektlə tam əvəzlənə bilər, uzunmüddətli perspektivdə isə bu göstərici 27%-ə çatacaq. Eyni zamanda, "McKinsey" beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, 2030-cu ilə qədər 375 milyon iş yeri yoxa çıxa bilər, bununla yanaşı, 97 milyona yaxın yeni iş yeri yaranacaq. Bu, maşınların insan əməyini tamamladığı sahələrdə baş verəcək", - deyə mütəxəssis vurğulayıb.

Kladovun sözlərinə görə, bəzi peşələrdə insanın rolu əvəzolunmaz olaraq qalır:
 

"Bunlar inşaatçılar, xarratlar, santexniklər, elektrikçilər, yanğınsöndürənlər və çətin şəraitdə, məhdud görünüşlü və pis örtüklü yollarda işləyən yük maşını sürücüləridir.


"Süni intellekt məlumatların emalı və gündəlik işlərin öhdəsindən gələ bilər, lakin fiziki mövcudluq, yaradıcılıq və emosional intellekt tələb olunan sahələrdə o, gücsüzdür. Bu sahələrdə insanlar uzun illər əvəzolunmaz olaraq qalacaqlar", - deyə ekspert yekunlaşdırıb. (Oxu.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO