Türkiyənin Ayvalık bölgəsində qaçaq miqrantları daşıyan qayığın Sahil Mühafizə qayığına çırpılması nəticəsində 5 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Türkiyənin Balıkesir Valiliyinin açıqlamasına görə, hadisə qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Sahil Mühafizə Komandanlığı tərəfindən həyata keçirilən əməliyyat zamanı baş verib.
Belə ki, əməliyyat zamanı 1 nəfər miqrant qaçaqmalçılığı təşkilatçısı ilə birlikdə 34 qanunsuz miqrantı daşıyan yüksək sürətli fiber gövdəli qayıq Ayvalık rayonunun Badavut sahilində Sahil Mühafizə qayığına çırpılıb.
Ərazidə aparılan axtarış-xilasetmə işləri nəticəsində dənizə düşən miqrantlardan 5 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralı halda xəstəxanaya aparıldığı müəyyən olunub. İtkin olduğu güman edilən bir miqrantın axtarışları davam edir.
Hadisə ilə bağlı Ayvalık Respublika Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:36 / 07.09.2025
Türkiyədə 2 qayıq toqquşdu - 5 ölü var
Hazırda oxunan: Türkiyədə 2 qayıq toqquşdu - 5 ölü var
Hazırda oxunan: Türkiyədə 2 qayıq toqquşdu - 5 ölü var
269164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.