İsrail Xan-Yunisdə yeni humanitar zona yaradıldığını ELAN ETDİ

İsrail Xan-Yunisdə yeni humanitar zona yaradıldığını ELAN ETDİ

Hazırda oxunan: İsrail Xan-Yunisdə yeni humanitar zona yaradıldığını ELAN ETDİ

269051

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində yeni humanitar zona yaradıldığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, burada sahə hospitalları, su təchizatı və duzsuzlaşdırma qurğuları qurulacaq, həmçinin əhali ərzaq, dərman və çadırlarla təmin ediləcək.


Yardımın koordinasiyası COGAT vasitəsilə BMT və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək.

Eyni zamanda İsrail qoşunları Qəzza şəhərində HƏMAS-ın qalan mövqelərini nəzarətə götürmək məqsədilə zolağın şimalında hücumu genişləndirməyə davam edir. Şəhər sakinlərinə isə cənuba təxliyə olunmaları tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO