Starmerin müavini İSTEFA VERDİ

Starmerin müavini İSTEFA VERDİ

Hazırda oxunan: Starmerin müavini İSTEFA VERDİ

268891

Böyük Britaniya Baş nazirinin müavini Ancela Reyner vergidən yayınma qalmaqalı ilə bağlı istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Onun sözlərinə görə, Reyner həm də hakim Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edəcək.

Bildirilib ki, Britaniya Baş naziri Kir Starmer öz müavininə tam dəstək göstərib və onunla qürur duyduğunu bəyan edib.
 

Qeyd edək ki, sentyabrın 3-də 45 yaşlı Reyner “Sky News”a müsahibəsində İngiltərənin cənubundakı Hove kurort şəhərində mənzil alarkən möhür rüsumunu ödəmədiyini etiraf edib.


Reyner yanlış hüquqi məsləhət aldığını iddia edib, bu da onun yeni əmlakı üçün olması lazım olduğundan daha az vergi ödəməsinə səbəb olub.

O, bunu istəmədən etdiyini bildirib və ona yanlış məsləhət verən vəkilləri günahlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO