“Tesla” robot taksi sifarişi üçün tətbiq təqdim etdi

“Tesla” robot taksi sifarişi üçün tətbiq təqdim etdi

Hazırda oxunan: “Tesla” robot taksi sifarişi üçün tətbiq təqdim etdi

268863

“Tesla” kompaniyası “Robotaxi” sifarişi üçün istifadə olunacaq tətbiqi geniş istifadəçilərə təqdim edib.

Bizim.Media xəbər verir ki, ABŞ-ın elektrik avtomobilləri istehsalçısı bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Kompaniya “Robotaxi” xidmətini iyunun sonunda Texas ştatının Ostin şəhərində işə salıb.

Xidmət həmin dövrdən bəri yalnız məhdud sayda investorlar və influenserlər üçün əlçatan olub.
 

Hazırda “Robotaxi” proqramı kameralar və sensorlarla təchiz edilən adi “Model Y” avtomobillərindən istifadə edir. Tamamilə avtonom “Cybercab” adlı elektrik avtomobili isə hələ hazırlanma mərhələsindədir.


“Tesla” kompaniyasından verilən məlumata görə, “Robotaxi” xidmətindən yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər. Həmçinin avtomobillərə 13 yaşdan kiçik uşaqların, hətta böyüklərin müşayiəti ilə olsa belə minməsinə icazə verilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO