Kanadadan Moskvaya ZƏRBƏ - Rusiya nefti ilə bağlı KRİTİK ADDIM

Kanadadan Moskvaya ZƏRBƏ - Rusiya nefti ilə bağlı KRİTİK ADDIM

Hazırda oxunan: Kanadadan Moskvaya ZƏRBƏ - Rusiya nefti ilə bağlı KRİTİK ADDIM

268680

Kanada hökuməti Avropa İttifaqı və Böyük Britaniyanın ardınca, Rusiyadan idxal olunan neft üçün müəyyən edilən qiymət tavanını 60 dollardan 47,6 dollara endirib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat ölkənin rəsmi hökumət portalında yerləşdirilib.

“Kanada Avropa İttifaqı və Böyük Britaniyanın yaxın günlərdə elan etdiyi tədbirlərə uyğun olaraq, Rusiya nefti üçün qiymət tavanını 60 dollardan 47,6 dollara endirib”, – deyə məlumatda bildirilir.

Yeni qiymət tavanı yalnız sentyabrın 3-dən sonra gəmilərə yüklənən və 45 gün ərzində təyinat nöqtəsində boşaldılan neftə tətbiq ediləcək. Yəni bu məhdudiyyətlər qərardan əvvəl yola salınan neftə şamil olunmayacaq.
 

Qeyd edək ki, Avropa Komissiyası tərəfindən qəbul edilən 18-ci sanksiyalar paketində sentyabrın 3-dən etibarən Rusiya nefti üçün maksimum qiymət 60 dollardan 47,6 dollara endirilib. Bu məhdudiyyətlər çərçivəsində Avropa İttifaqının şirkətlərinə Rusiya neftinin daşınması və müvafiq xidmətlərin göstərilməsi qadağan edilib. Yeni tədbirlərə İsveçrə və Böyük Britaniyanın da qoşulduğu bildirilir.


Xatırladaq ki, Rusiya neftinə 60 dollarlıq qiymət tavanı Avropa İttifaqı və “Böyük Yeddilik” (G7) ölkələrinin – o cümlədən ABŞ-ın daxil olduğu “Qiymət tavanı koalisiyası” tərəfindən müəyyən edilmişdi. Avropa Komissiyasının cəhdlərinə baxmayaraq, ABŞ hələ ki yeni qiymət tavanına qoşulmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO