Fransa keçmiş Suriya prezidenti Bəşər Əsəd və altı yüksək vəzifəli sabiq məmurun həbsinə order verib.
Bizim.Media xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
Həbs orderi 2012-ci ildə Homs şəhərinin bombalanması ilə bağlı verilib. Həmin insidentdə iki jurnalist 56 yaşlı amerikalı Mari Kolvin (Britaniyanın The Sunday Times qəzetinin müxbiri) və 28 yaşlı fransız fotoqraf Rémi Oşlik həyatını itirib.
Fransa hökuməti bu hadisəni potensial insanlığa qarşı cinayət və hərbi cinayət kimi araşdırır.
Həbs qərarı yalnız Bəşər Əsədə deyil, həm də onun qardaşı Maher Əsədə (keçmiş 4-cü Suriya tank diviziyasının rəhbəri), kəşfiyyat rəisi Əli Mamluka və ordu baş qərargahının sabiq rəisi Əli Ayuba da şamil edilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:04 / 02.09.2025
Fransa Bəşər Əsədin həbsinə order VERDİ
Hazırda oxunan: Fransa Bəşər Əsədin həbsinə order VERDİ
Hazırda oxunan: Fransa Bəşər Əsədin həbsinə order VERDİ
268410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.