Lukaşenkodan liderlərə qeyri-adi HƏDİYYƏ - Sammitə kartof APARACAQ

Lukaşenkodan liderlərə qeyri-adi HƏDİYYƏ - Sammitə kartof APARACAQ

Hazırda oxunan: Lukaşenkodan liderlərə qeyri-adi HƏDİYYƏ - Sammitə kartof APARACAQ

267469

Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə xarici liderlər üçün hədiyyə olaraq təzə kartof aparmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Bildirilib ki, hədiyyəlik kartof Lukaşenkonun şəxsi təsərrüfatında yetişdirilib. Liderlərə belarus sortlarından olan “Briz” və “Pershatsvet” nümunələri təqdim olunacaq.

Qeyd edək ki, Çinin Tyanjin şəhərində avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək sammitdə 20-dən çox dövlət başçısı və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO