“Qürurlu ata kimi hiss edirəm” - “Braqa”dan “Qarabağ”a TƏBRİK – VİDEO

“Qürurlu ata kimi hiss edirəm” - “Braqa”dan “Qarabağ”a TƏBRİK – VİDEO

Hazırda oxunan: “Qürurlu ata kimi hiss edirəm” - “Braqa”dan “Qarabağ”a TƏBRİK – VİDEO

267445

Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı maraqlı təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi “TikTok” hesabında paylaşım edilib.

Paylaşımda məşhur filmdən ağlama səhnəsi paylaşılıb və bu sözlər yazılıb:

“Qarabağ”ın UEFA Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm”.

Videonun açıqlama hissəsinə isə “Sizin üçün xoşbəxtik, uşaqlar. Uzun bir yol qət etdik”,- sözləri əlavə olunub.

Bu da izləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar rəqibin hələ də “Qarabağ”ı unutmadığını qeyd ediblər.

Xatırladaq ki, ötən il “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı.

Sözügedən paylaşımı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO