Ukrayna Rusiyanın neft emalı zavodlarını VURDU – ANBAAN VİDEO

Ukrayna Rusiyanın neft emalı zavodlarını VURDU – ANBAAN VİDEO

Hazırda oxunan: Ukrayna Rusiyanın neft emalı zavodlarını VURDU – ANBAAN VİDEO

267414

Avqustun 27-dən 28-nə keçən gecə Rusiyanın bir neçə regionunda güclü partlayışlar eşidilib. Hücumların əsas hədəfi yenidən neftayırma zavodları olub.

Bizim.Media “Monitorinq” teleqram kanalına istinadla xəbər verir ki, partlayışlar Samara vilayətində yerləşən Kuybışevski və Krasnodar diyarındakı Afipski neft emalı zavodlarında qeydə alınıb.

Samara bölgəsində hücum ərəfəsində hava limanında təyyarələrin qəbul və buraxılışına, həmçinin mobil internetin fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub. Bir müddət sonra Novokuybışevsk şəhərində güclü partlayışlar baş verib və neftayırma zavodunun ərazisində iri miqyaslı yanğın başlayıb.

Krasnodar diyarında isə Afipski NEZ hədəf alınıb. Rəsmi qurumlar hava hücumundan müdafiə sistemlərinin bütün hədəfləri vurduğunu iddia etsələr də, yerli sakinlərin paylaşdığı görüntülər dronların zavodu vurduğunu təsdiqləyib.

Qeyd edək ki, Kuybışevski NEZ illik neft emalı gücü 7,9–8,8 milyon ton təşkil edir və bu zavod Rusiyada öz seqmentində ən iri müəssisələrdən biri sayılır.

Afipski NEZ-in layihə gücü 6,25 milyon ton olsa da, faktiki emal həcmi 7,17 milyon tona çatır.

Zavod əsasən dizel yanacağı və aviasiya kerosini istehsal edir, həmçinin Rusiya ordusunun təchizatında strateji əhəmiyyət daşıyır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO