ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının siyasətinə qarşı çıxanlar ölkə üzrə genişmiqyaslı nümayiş keçirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.
Məlumata görə, bu aksiyalar bu il ABŞ-da 1 sentyabrda qeyd olunacaq Əmək Günü münasibətilə təşkil olunacaq.
Məlumata əsasən, May Day Strong təşkilatı həmkarlar ittifaqları ilə birlikdə “İşçilər milyarderlərdən üstündür” şüarı altında 765 etiraz aksiyası keçirməyi planlaşdırır. Bundan əlavə, respublikaçıların seçki dairələrinin sərhədlərini dəyişməsinə etiraz edən qruplar da milli bayram günü nümayişlər təşkil etməyi nəzərdə tutur.
Qeyd edək ki, ABŞ-də Əmək Günü hər il sentyabrın ilk bazar ertəsi qeyd olunur. İlk dəfə Əmək Günü 1882-ci il sentyabrın 5-də ABŞ-da keçirilib. 1887-ci ildə sentyabrın ilk bazar ertəsi Oreqon ştatında qeyri-iş günü elan edilib, yeddi il sonra isə ABŞ Konqresi Əmək Gününə ümummilli bayram statusu verib.
Bizim.Media