Rusiyada məktəblərdə niqab və hicab taxmağı qadağan etmək TƏKLİF OLUNDU

Rusiyada məktəblərdə niqab və hicab taxmağı qadağan etmək TƏKLİF OLUNDU

Hazırda oxunan: Rusiyada məktəblərdə niqab və hicab taxmağı qadağan etmək TƏKLİF OLUNDU

267308

Rusiyada məktəblərdə niqab və hicab taxmağı qadağan etmək təklif olunub.

Bizim.Media xəbər verir ki, bu təkliflə Rusiya Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Kiril Kabanov çıxış edib.

Kabanov hesab edir ki, Rusiya Federasiyasında niqab və hicab taxmaq Rusiya müsəlmanlarının tarixi ənənələri ilə bağlı deyil və məktəblərdə qadağan edilməlidir.
 

"Bizdə din xadimlərindən başqa heç bir dinin təzahürü olmamalıdır. Heç bir dünyəvi, dövlət və beynəlxalq qurumlarda hər hansı xarici dini simvol ola bilməz", - ekspert bildirib.


O əlavə edib ki, niqab Rusiya müsəlmanları üçün ənənəvi geyim deyil. Onun sözlərinə görə, bu geyim elementi “radikalizmin, Yaxın Şərq İslamının əlamətidir”.
 

Kabanov vurğulayıb ki, Rusiyadakı hər bir müsəlman xalqının özünəməxsus ənənəvi geyim formaları - milli geyimlər, yaylıqlar, baş geyimləri var. Ancaq üzü örtmək adəti, onun fikrincə, heç vaxt rus mədəniyyətinin bir hissəsi olmayıb.


Kabanov xatırladıb ki, hətta Mərkəzi Asiya ölkələrində də niqab taxmaq qadağandır. Qadınlar din tələb edərsə, başlarına yaylıq bağlaya bilərlər, lakin bu cür atributlar radikal ideyaların simvoluna çevrilməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO