“Birləşmiş Ştatlar sanksiyalar və gömrük rüsumlarını yalnız Rusiya deyil, həm də Ukraynaya qarşı tətbiq edə bilər”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski də “tamamilə günahsız deyil”, çünki Ukraynadan sülh istiqamətində açıq irəliləyiş müşahidə olunmur.
“Ukrayna düşünürdü ki, qələbə qazanacaq. Siz özünüzdən 15 dəfə böyük olan birini necə məğlub edə bilərsiniz? Bayden buna yol verməməli idi”, – deyə Tramp əlavə edib.
Bizim.Media