Ukraynadan Rusiyaya SARSIDICI ZƏRBƏ

Ukraynadan Rusiyaya SARSIDICI ZƏRBƏ

Hazırda oxunan: Ukraynadan Rusiyaya SARSIDICI ZƏRBƏ

267077

Ukrayna Rusiyanın neft emalı zavodlarına və ixrac infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücumlarını intensivləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Nəşrin yazdığına görə, Kiyev ABŞ-ın sülh sazişi təşkil etmək cəhdləri fonunda, Rusiyaya cavab vermək gücündə olduğunu nümayiş etdirir.

Hücumlar Rusiyada neftin emalı və ixrac prosesini pozub, bəzi bölgələrdə isə benzin qıtlığına səbəb olub. Zərbələr Moskvanın cəbhədə irəliləyişinə və Ukraynanın energetika obyektlərinə qarşı kütləvi hücumlarına cavab olaraq həyata keçirilib.

Mütəxəssislər hesab edirlər ki, Kiyevin addımları mümkün sülh danışıqlarında mövqeyini gücləndirməyə hesablanıb. Bu yolla Ukrayna ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçirilən görüşdən sonra müharibəni artıq uduzduğu barədə iddialara meydan oxuyur.

“Reuters”in hesablamalarına görə, hücumlar 10 zavodu hədəfə alıb və Rusiyanın neft emalı gücünün azı 17 faizini sıradan çıxarıb. Bu göstərici gündəlik 1,1 milyon barrelə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO