100 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - FOTO 

100 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - FOTO 

Hazırda oxunan: 100 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - FOTO 

26707

Avstraliyanın Brisben şəhərinin 100 yaşlı sakini Şirli Devison uzunömürlülüyün sirrini kitablara və əyləncəyə sevgisində görür. 

Bizim.Media xəbər verir ki, bu barədə "Mirage News" yazır. 

Yubileyini iyunun 25-də ailə və dostlarıyla qeyd edən qadın İkinci Dünya müharibəsi zamanı əksər kişilərin cəbhədə olduğu üçün həm bankda işləyib, həm də kənd təsərrüfatı ilə məşğul olub. 

Qadının nişanlısı müharibədə həlak olub, lakin bir müddət sonra Devison başqası ilə ailə qurub. Cütlüyün iki oğlu, bir qızı, 4 nəvəsi, 5 nəticəsi var. Şirli onları həyatının ən böyük sevinci hesab edir. 

Qadın ömür boyu idman azarkeşi olub, tarixi romanlar və Aqata Kristinin detektivlərini oxumağı sevib.  

"Uzunömürlülüyünüzün sirri nədədir?" sualını isə o, belə cavablandırıb: 

"Düşünürəm ki, bu, uğur və yaxşı genlərin birliyinin nəticəsidir. Ən əsası isə - əylənin". 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO