Türkiyə və İran XİN rəhbərləri GÖRÜŞDÜ - Nələr müzakirə edildi?

Türkiyə və İran XİN rəhbərləri GÖRÜŞDÜ - Nələr müzakirə edildi?

Hazırda oxunan: Türkiyə və İran XİN rəhbərləri GÖRÜŞDÜ - Nələr müzakirə edildi?

266993

İranın xarici işlər naziri Abbas Araqçi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Görüş İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində keçirilən fövqəladə toplantısı çərçivəsində baş tutub. Tərəflər Tehran və Ankara arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
 

Xüsusilə ticarət, enerji, nəqliyyat və sərhəd təhlükəsizliyi sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyi vurğulanıb.


Nazirlər həmçinin məsləhətləşmələrin davam etdirilməsini, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsini qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO