Zelenskinin Moskva ilə bağlı açıqlaması Putini ƏSƏBİLƏŞDİRDİ

Zelenskinin Moskva ilə bağlı açıqlaması Putini ƏSƏBİLƏŞDİRDİ

Hazırda oxunan: Zelenskinin Moskva ilə bağlı açıqlaması Putini ƏSƏBİLƏŞDİRDİ

266841

Rusiya sülh yolunda heç bir addım atmır və beynəlxalq ictimaiyyət Moskvaya təzyiqləri artırmalıdır.

Bizim.Media globalinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, “X” sosial media hesabında Niderlandın müvəqqəti hökumət başçısı Dik Sxofla danışdığını və burada sülhə nail olmaq üçün diplomatik səyləri müzakirə etdiklərini açıqlayıb.

Zelenskinin sözlərinə görə, Rusiya sülh niyyəti nümayiş etdirməyib və mövqeyini dəyişmək üçün ona təzyiq vacibdir.
 

Zelenski həmçinin Ukrayna ilə Niderland arasında birgə müdafiə istehsalı layihələrinin də gündəmdə olduğunu deyib. Başqa paylaşımında isə o, Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə telefon danışığı apardığını, Rusiya-Ukrayna müharibəsini və ABŞ-da keçirilən son sammitləri müzakirə etdiyini bildirib.


“Biz görürük ki, Moskva bir daha hər şeyi gecikdirməyə çalışır. Qlobal Cənubun Rusiyaya sülh üçün lazımi siqnallar göndərməsi və təzyiq etməsi vacibdir”, – Zelenski əlavə edib.

Məlumata görə, Zelenskinin bu açıqlamaları Kremldə birmənalı qarşılanmayıb və Rusiya lideri Vladimir Putinin qəzəblənməsinə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO