Çinin kurort adasında 20 mindən çox insan fırtına ilə əlaqədar təxliyə EDİLDİ

Çinin kurort adasında 20 mindən çox insan fırtına ilə əlaqədar təxliyə EDİLDİ

Hazırda oxunan: Çinin kurort adasında 20 mindən çox insan fırtına ilə əlaqədar təxliyə EDİLDİ

266797

Çinin məşhur turizm məkanı sayılan Haynan adasında tropik “Kadziki” tufanı ilə bağlı 20 min insan təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
 

Məlumata görə, adada müəssisələr bağlanıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb. 30 mindən çox balıqçı gəmisi limana qayıdıb və 2 800-dən çox xilasedici təcili yardım göstərməyə hazırdır.


Səhər saatlarına olan məlumata görə, küləyin sürəti 38 m/s-ə çatıb. Siklon Sanyadan təxminən 210 km cənub-şərqdə yerləşib.

Sinoptiklərin fikrincə, fırtına bazar günü günorta və ya axşam Haynanı vuracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO