Evlilikdə ideal yaş fərqi nə qədər olmalıdır?

Evlilikdə ideal yaş fərqi nə qədər olmalıdır?

Hazırda oxunan: Evlilikdə ideal yaş fərqi nə qədər olmalıdır?

266744

Psixoterapevt Eloiza Skinner hesab edir ki, tərəfdaşların yaşı münasibətlərdə mühüm rol oynayır.

Bizim.Media xəbər verir ki, o, ər-arvad arasında ideal yaş fərqini "Metro" nəşrinə açıqlayıb.

O bildirib ki, aparılan araşdırmalara görə, ən möhkəm münasibətlər yaş fərqi üç ildən çox olmayan insanlar arasında formalaşır.
 

Onun sözlərinə görə, bunun mümkün izahı ondadır ki, yaşıdların bir çox ortaq cəhətləri olur: onlar eyni həyat mərhələsindədirlər, maliyyə imkanları bənzərdir, xərclərə münasibətləri oxşardır və sağlamlıq vəziyyətləri də təxminən eynidir.


Psixoterapevt əlavə edib ki, ər-arvad arasında yaş fərqi böyük olduqda, onların xoşbəxtlik və məmnunluq hissi, yaşıd cütlüklərlə müqayisədə daha tez azalır.

“Yaş fərqi çox olanda cütlüklərin bir-birini başa düşməsi çətinləşir. Həmyaşıdlar arasında da münasibətlər tez korlana bilər, amma bu, daha nadir hallarda baş verir”, – deyə o yekunlaşdırıb. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO