Türkiyə Konstitusiya Məhkəməsi Ankarada ABŞ səfirliyinin binasının tikildiyi torpaq sahəsinin satışını qanunsuz elan edib.
Bizim.Media xəbər verir ki, “Sözcü” qəzetinin yazdığına görə, bir ay sonra məhkəmə iddiaya yenidən baxacaq və binanı da qanunsuz tikili kimi tanıya bilər.
Türkiyə paytaxtının Çukurambar rayonunda yerləşən 37 min kvadratmetrlik torpaq sahəsi ABŞ diplomatik missiyası tərəfindən 2017-ci ildə alınıb.
Əslində həmin torpaq sahəsi Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Meşə təsərrüfatının bir hissəsi olub və Atatürk bu ərazini xalqa vəsiyyət edib. İddia Ankaranın Memarlar Palatasının sabiq rəhbəri Tezcan Candan tərəfindən qaldırılıb.
Məlumata görə, ABŞ bu torpaq sahəsini 88 milyon dollara alıb və diplomatik missiya binasının tikintisinə əlavə olaraq 580 milyon dollar xərcləyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:42 / 23.08.2025
Türkiyədə məhkəmə ABŞ səfirliyi üçün torpaq sahəsinin satışını qanunsuz HESAB ETDİ
Hazırda oxunan: Türkiyədə məhkəmə ABŞ səfirliyi üçün torpaq sahəsinin satışını qanunsuz HESAB ETDİ
Hazırda oxunan: Türkiyədə məhkəmə ABŞ səfirliyi üçün torpaq sahəsinin satışını qanunsuz HESAB ETDİ
266731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.