Rusiyalı alpinist həyat yoldaşının 4 il əvvəl öldüyü yüksəklikdə vəfat etdi

Rusiyalı alpinist həyat yoldaşının 4 il əvvəl öldüyü yüksəklikdə vəfat etdi

Hazırda oxunan: Rusiyalı alpinist həyat yoldaşının 4 il əvvəl öldüyü yüksəklikdə vəfat etdi

266654

Rusiyalı alpinist Natalya Naqovitsina Qırğızıstanın Pobeda zirvəsində vəfat edib.

Bizim.Media “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, idmançı zirvədən enərkən ayağını sındırıb və bir həftədən çox 7000 metr yüksəklikdə köməksiz vəziyyətdə qalıb.
 

Dağda yeməksiz, susuz qalan 47 yaşlı alpinistin yanında yalnız soba, yataq çantası və cırıq çadır olub. Onun cəsədini götürmək üçün havanın normallaşmasını gözləmək lazım gəlib.


Yalnız bundan sonra helikopter sözügedən yüksəkliyə çataraq cəsədi götürüb.

Qeyd edək ki, Natalya Naqovitsina ərinin öldüyü yüksəklikdə vəfat edib. Onun həyat yoldaşı 2021-ci ildə həmin zirvəyə qalxarkən insult keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO