Səmada “Tanrının əli” GÖRÜNDÜ

Səmada “Tanrının əli” GÖRÜNDÜ

Hazırda oxunan: Səmada “Tanrının əli” GÖRÜNDÜ

266652

Qalaktikada ən diqqətçəkən göy cisimlərindən biri – "Tanrının əli" kimi tanınan rəngli ulduz topası yenidən diqqət mərkəzinə düşüb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər sürətlə fırlanan ölü ulduz nüvəsindən ibarət olan bu topanın qalaktikanın ən güclü elektromaqnit dalğasından biri olduğunu bildirirlər.

SİRR DƏRİNLƏŞİR

15 il əvvəl NASA-nın Çandra X-şüaları Rəsədxanası tərəfindən çəkilmiş MSH 15-52 adlı bu ulduz topası Avstraliya Teleskop Kompakt Massivindən alınan radio məlumatlarından istifadə etməklə yenidən tədqiq edilib. Ancaq rentgen və radio dalğaları birləşdirildikdə, işığın müxtəlif dalğa uzunluqlarında bəzi detalların uyğun gəlmədiyi görüldü.
 

Tədqiqatçılar hesab edirlər ki, bu analizlər kosmik şüaların necə əmələ gəldiyini anlamağa da kömək edə bilər. Amma elm adamları, xüsusən də radio dalğaların gözləniləndən çox daha geniş əraziyə niyə yayıldığını hələ izah edə bilməyiblər.


Mütəxəssislər hesab edirlər ki, bu sirri həll etmək üçün daha təkmil kompüter simulyasiyalarına ehtiyac var.

17.000 işıq ili uzaqlıqdakı Sirkinus bürcündə yerləşən bu topanın qeyri-adi forması ona "Tanrının əli" adı qazandırıb. Kiçik ölçüsünə baxmayaraq, inanılmaz dərəcədə güclüdür: saniyədə yeddi dəfə fırlanır və onun maqnit sahəsi Yerdə indiyə qədər qurulmuş ən güclü maqnitdən təxminən 30 milyon dəfə güclüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO