Antalyada dənizə girənlər dəri xəstəliklərinə yoluxur – SƏBƏBİ bəlli oldu

Antalyada dənizə girənlər dəri xəstəliklərinə yoluxur – SƏBƏBİ bəlli oldu

Hazırda oxunan: Antalyada dənizə girənlər dəri xəstəliklərinə yoluxur – SƏBƏBİ bəlli oldu

266637

Türkiyənin Antalya şəhərində istirahət edənlər dənizə girdikdən sonra qaşınmalar və dəri yanmalarından şikayət edirlər.

Bizim.Media “Sözcü” qəzetinə istinadən xəbər verir ki, buna səbəb dəniz suyunun temperaturunun artması və sahillərin çirklənməsi ilə bəzi orqanizmlərin sürətlə çoxalması imiş.
 

Akdeniz Universitetinin professoru Mehmet Gökoğlu bu barədə açıqlama verib ki, Antalyada sahilyanı ərazilərdən dənizə daxil olan sıx çirklənmə müşahidə olunur.


Belek, Acısu, Beşgöz çayı, Aksu və Kopak çayları kimi məntəqələrdən gələn tullantılar dəniz ekosisteminə təsir göstərib.
 

İstilik və çirklənmə səbəbindən bəzi orqanizmlər sürətlə çoxalıb. Xüsusən də dənizə girərkən bədənində hər hası çızıq, yara olan adamlar daha çox əziyyət çəkirlər.


Professor tövsiyə edib ki, mümkün xəstəlik əlamətlərinin qarşısının alınması üçün suya girməzdən əvvəl və sonra mütləq duş alınmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO