“Rusiyanın düşməni olan dövlətlər yoxdur, düşmən mövqeyi tutan elitalar var” - Putin

“Rusiyanın düşməni olan dövlətlər yoxdur, düşmən mövqeyi tutan elitalar var” - Putin

Hazırda oxunan: “Rusiyanın düşməni olan dövlətlər yoxdur, düşmən mövqeyi tutan elitalar var” - Putin

266597

“Rusiyanın düşmən bildiyi dövlətlər yoxdur, sadəcə bəzi ölkələrdə düşmən mövqeyi tutan elitalar var”.

Bizim.Media xəbər verir ki, Putin bu barədə Sarov şəhərində nüvə sənayesi əməkdaşları ilə görüşündə danışıb.

O qeyd edib ki, Rusiya indi də “düşmən ölkələr”lə atom sahəsində əməkdaşlıq edir, o cümlədən onlara kifayət qədər böyük həcmdə nüvə yanacağı tədarük edir:

“Rusiya atom energetikası sahəsində, o cümlədən xaricdə AES-lərin tikintisində əməkdaşlıq zamanı heç kimi ələ alıb asılı vəziyyətə salmır, əksinə, digər ölkələrdə bütöv sənaye sahələri yaradır. Rusiya bütün çağırışların öhdəsindən gələ bilər və biz bunu edəcəyik”.

Putin bildirib ki, siyasi təzyiq səbəbindən Rusiya ilə əməkdaşlığı dayandıranlar geri qayıdacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO