Rusiyanın İrkutsk vilayətinin boks federasiyasının sabiq prezidenti Sergey Silko 2003-cü ildə dörd nəfərin qətli ilə bağlı şübhəli kimi Ermənistanda saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash na sporte” Teleqram kanalı məlumat yayıb.
Yayılan video görüntülərdə güc strukturlarının bir şəxsi üzü üstə yerə yıxdığı və onun özünü Silko kimi təqdim etdiyi görünür.
Biznesmen 1998–2003-cü illərdə baş vermiş digər cinayətlərdə, o cümlədən hədə-qorxu ilə pul tələb etməkdə və insanların itkin düşməsində də şübhəli bilinir. 2024-cü ilin aprelində onun barəsində qiyabi olaraq dövlətlərarası axtarış elan olunub və tutulacağı halda iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Yaxın vaxtlarda Silkonun Rusiyaya ekstradisiya ediləcəyi gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:00 / 23.08.2025
Rusiya Boks Federasiyasının sabiq Prezidenti Ermənistanda saxlanıldı - ANBAAN VİDEO
Hazırda oxunan: Rusiya Boks Federasiyasının sabiq Prezidenti Ermənistanda saxlanıldı - ANBAAN VİDEO
Hazırda oxunan: Rusiya Boks Federasiyasının sabiq Prezidenti Ermənistanda saxlanıldı - ANBAAN VİDEO
266596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.