Lukaşenko: “Zəngəzur dəhlizinin reallaşdırılmasına heç kim mane ola bilməz” – VİDEO

Lukaşenko: “Zəngəzur dəhlizinin reallaşdırılmasına heç kim mane ola bilməz” – VİDEO

Hazırda oxunan: Lukaşenko: “Zəngəzur dəhlizinin reallaşdırılmasına heç kim mane ola bilməz” – VİDEO

266578

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampla telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan razılaşmaya görə onu təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Lukaşenko “Pul Pervoqo” kanalına müsahibəsində danışıb.

“Mən onu (Trampı) təbrik etdim… Ermənistan və Azərbaycan arasında olanlar – bu, böyük bir müsbətdir. Bildirdim ki, yaxşı iş gördün, hamını masaya əyləşdirdin və ermənilər ilə azərbaycanlılar arasında belə bir razılaşmanın imzalanmasına nail oldun.

Mən bilirəm ki, bu Zəngəzur dəhlizi çox vacib idi, Azərbaycanla əlaqəni təmin etmək üçün. Onlar mövqelərini tutdular və bildirdilər ki, “biz bütün bunların sahibiyik və nəzarət edəcəyik”.

Bu, böyük bir işdir. Əlbəttə, iranlılara çox da xoş deyil – xüsusilə İran sərhədində. Amma buna heç kim mane ola bilməz.

Bu, sülh razılaşmalarıdır və erməni ərazisi vasitəsilə dəhlizin qurulmasına kömək edəcək. İndi iki bölgə, Azərbaycan və onun eksklavı, yalnız hava yolu ilə deyil, quru yolu ilə də birləşəcək”, – deyə Lukaşenko bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO