Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ

Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ

Hazırda oxunan: Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ

266557

III Şuşa Qlobal Media Forumunda iştirak etmiş politoloq Sergey Markov xarici agentlər reyestrinə daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Ədliyyə Nazirliyi məlumat yayıb.

“S. A. Markov xarici agentlərin məhdudiyyətsiz şəxslər üçün nəzərdə tutulmuş məlumat və materiallarının hazırlanması və yayılmasında iştirak edib, həmçinin Rusiya Federasiyası ərazisində fəaliyyəti arzuolunmaz hesab edilən xarici və beynəlxalq təşkilatların siyahısına daxil edilmiş qurumların məlumat və materiallarının yayılmasında iştirak edib.

Bundan əlavə, o, xarici KİV və xarici agent tərəfindən təqdim olunan informasiya platformalarında respondent qismində çıxış edərək Rusiya Federasiyası dövlət orqanlarının qəbul etdiyi qərarlar və həyata keçirdiyi siyasət barədə etibarsız məlumatlar yayıb”, – deyə açıqlamada bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO