Arıqlamağa kömək edən bakteriya TAPILDI

Arıqlamağa kömək edən bakteriya TAPILDI

Hazırda oxunan: Arıqlamağa kömək edən bakteriya TAPILDI

266409

Danimarkanın Kopenhag Universitetində aparılan yeni araşdırma çərçivəsində alimlər bağırsaqda olan və arıqlama prosesinə təsir edən xüsusi bakteriya növünü aşkar edib.

Bizim.Media xəbər verir ki, bu bakteriya orqanizmdə iki xüsusi zülal istehsal edir ki, onların da çəkiyə birbaşa təsir etdiyi müəyyən olunub.
 

Tədqiqat zamanı siçanlar üzərində aparılan sınaqlarda bu bakteriyalar və onların istehsal etdiyi zülallar verilən heyvanların artıq çəki yığmadığı müşahidə edilib. Bundan əlavə, həmin siçanlarda şəkər səviyyəsinin azaldığı və sümük sıxlığının artdığı qeyd olunub.


Alimlər eyni bakteriyaların insan orqanizmində də rolunu araşdırıb və məlum olub ki, bu bakteriyaların çox olduğu şəxslər daha arıq olur. Tədqiqatçılar ümid edir ki, bu kəşf gələcəkdə artıq çəki və şəkərli diabet kimi problemlərin müalicəsi üçün effektiv dərmanların hazırlanmasına səbəb olacaq. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO