Amerikalı tədqiqatçılar qeyri-adi bir klinik hadisənin şahidi olublar.
Belə ki, 67 yaşlı kişiyə halüsinasiyalar görməyə başlayandan sonra şizofreniya diaqnozu qoyulsa da, sonradan bunun əsl səbəbinin ağrıkəsicilərin yan təsirləri olması üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı araşdırma "Cureus" jurnalında dərc olunub.
"Xəstə xroniki bel ağrısından əziyyət çəkirdi və hidrokodon ilə asetaminofen kombinasiyası olan "Vikodin" qəbul edirmiş. Dozanı artırdıqdan sonra onda eşitmə və görməyə dair problemlər- halüsinasiyalar, həmçinin paranoyya inkişaf etdi.
Kişi damda qurdlar "görüb", aşağılayıcı səslər eşidib və s. Ancaq dərman qəbulunu dayandırdıqdan sonra simptomlar tamamilə yox oldu",- nəşr yazıb. (iqtisadiyyat.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:00 / 22.08.2025
Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI
Hazırda oxunan: Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI
Hazırda oxunan: Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI
266404
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.