Nyu-York Apellyasiya Məhkəməsi Donald Trampa maliyyə göstəricilərini şişirtmə işi üzrə kəsilmiş 515 milyon dollardan artıq cərimə cəzasını ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə PBS məlumat yayıb.
Hakimlər bu sanksiyanı “həddindən artıq sərt” və ABŞ Konstitusiyasını pozan qərar kimi qiymətləndiriblər.
Bundan əvvəl hakim Artur Enqoron Trampdan 355 milyon dollar (faizlərlə birlikdə məbləğ 515 milyon dollardan çox olmuşdu) tutulmasına və onun, həmçinin oğullarının şirkətlərdə rəhbər vəzifə tutmasına müvəqqəti qadağa qoyulmasına qərar vermişdi.
İndi isə cərimə ilə bağlı qərar tamamilə ləğv edilib, lakin ştatın ali məhkəməsində daha bir apellyasiya imkanı qalır.
Bizim.Media