Rusiya və İrandan Zəngəzurla bağlı SENSASİON GEDİŞ – “Proses qarşısıalınmazdır”

Rusiya və İrandan Zəngəzurla bağlı SENSASİON GEDİŞ – “Proses qarşısıalınmazdır”

Hazırda oxunan: Rusiya və İrandan Zəngəzurla bağlı SENSASİON GEDİŞ – “Proses qarşısıalınmazdır”

266341

Məlum olduğu kimi, Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalanıb.

Bəyannamədə Zəngəzur dəhlizinin (TRIPP) açılması məsələsi də öz əksini tapıb.

Sözügedən razılaşma əldə olunuqdan sonra Rusiya və İranda müəyyən dairələrdən Zəngəzur dəhlizi (Tramp yolu) əlehinə açıqlamalar verilirdi.

Lakin...

Son günlərdə İranla Rusiyanın da Zəngəzur dəhlizinin (Tramp yolu) açılması mövzusunda mövqeyinin yumşaldığı hiss olunmaqdadır.  Bunu İran Prezidenti Məsud Pezeşkian və ardınca da Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvana səfərləri, imzalanan sənədlər və səslənən bəyanatlardan aydın şəkildə görmək olar.

Belə ki, Ermənistan Pezeşkiana Zəngəzur dəhlizinin Tehrana qarşı yönəlməyəcəyi, ümumiyyətlə üçüncü dövlətlərə İrana qarşı mübarizədə Ermənistanın ərazisindən istifadəsinə imkan verməyəcəyi vədini verdi. Overçuk da Ermənistana səfəri çərçivəsində regional kommunikasiyaların açılmasının önəmini vurğuladı.

İran və Rusiya mövqeyini dəyişir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, dəhliz məsələsində Moskva ilə Tehranın tutduğu son mövqe prosesin labüd olduğu və qarşısını almağın mümkünsüzlüyünü nəhayət onların da anlamalarının nəticəsidir:
 

“Zəngəzur dəhlizinin (Tramp yolu) açılması labüd bir prosesdir. Çünki burada təkcə Azərbaycan uduşlu vəziyyətdə deyil. Həmçinin, Ermənistan da uduşlu vəziyyətdədir, bununla o düşdüyü iqtisadi blokadadan çıxacaq. Sadəcə, Ermənistanda həmin labüd prosesə süni əngəllər yaradan revanşistlər və onları dəstəkləyən bəzi xarici qüvvələr var. Onlar prosesə maneə olmaq istəyirlər.


Amma dünyanın fövqəldövlətinin Prezidenti səviyyəsində Zəngəzur dəhlizinə (Tramp yolu) dəstək ifadə olundu. Bundan sonra İran tərəfindən müəyyən təzyiqlər başladı. Lakin İran Prezidenti Pezeşkianın İrəvana səfəri və aparılan danışıqların gedişində isə Ermənistan tərəfi Tehrana dəhlizin heç bir halda anti-İran marşurutu olmadığına dair təminat verdi. Bununla İranın Avropa və şimal istiqamətinə bütün nəqliyyat fəaliyyəti tənzimlənir. Yəni İranın nəqliyyat təhlükəsizliyi baxımından heç bir problemi olmayacaq.

İrəvan Tehrana bu təminatları verdi”.

Rusiyaya gəldikdə, deputat qeyd edir ki, onun başı indi daha çox ABŞ-la Ukrayna məsələsini tənzimləməyə qarışıb:

“Rusiya baş nazirinin müavini Overçukun İrəvanda aparılan danışıqların gedişində Zəngəzur dəhlizinin lehinə söylədiyi fikirlər də onun təmsil etdiyi dövlətin məsələdə tutduğu mövqenin göstəricisidir. Yəni prosesin labüd olduğu və onun qarşısını almağın mümkün olmadığı bir fonda Rusiya və İran özləri üçün müəyyən ölçülər götürərək, izafi enerji xərcləmək istəmədiklərini oraya qoydular.

Çünki proses labüddür. Ermənistan və erməni xalqı bunu istəyir. Azərbaycan dövləti və xalqı da bunu istəyir. Ortada həmçinin, ABŞ-ın dəstəyi var. İran da belədə mövcud vəziyyətlə barışmalı oldu. Rusiyanın da anoloji addım atması gözlənilən idi. Nəticədə Zəngəzur dəhlizinin (Tramp yolu) reallaşmasının artıq qarşısıalınmaz prosesə çevrildiyini düşünmək olar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO