SSRİ-nin ən qorxunc manyakının oğlu Ukraynada ÖLDÜRÜLDÜ

SSRİ-nin ən qorxunc manyakının oğlu Ukraynada ÖLDÜRÜLDÜ

Hazırda oxunan: SSRİ-nin ən qorxunc manyakının oğlu Ukraynada ÖLDÜRÜLDÜ

266287

SSRİ-də dəhşətli qətlləri ilə tanınan manyak Andrey Çikatilonun oğlu Yuri Çikatilo Ukrayna ordusunda döyüşərkən həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə SHOT telekanalı məlumat yayıb.

Məlumata görə, Yurini Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində baş verən döyüşlərdə məhv edib.

Məlumata görə, Çikatilo müharibənin ilk günlərindən Ukrayna ordusunun artilleriya bölməsinə qoşulub. Təxminən 8 ay əvvəl o, itkin düşmüş hesab olunurdu.

Lakin indi məlum olub ki, Ukrayna ordusunun Xarkovdan 20 km aralıda yerləşən mövqeləri Rusiya ordusunun güclü artilleriya zərbəsinə tuş gəlib və həmin vaxt Çikatilonun da daxil olduğu qrup tamamilə sıradan çıxıb.

Əvvəlcə Ukrayna tərəfi onu itkin siyahısına daxil etsə də, indi onun həlak olduğunu təsdiqləyib və “qəhrəmancasına öldüyünü” bəyan edib.

Ukrayna tərəfi Yuri Çikatilonu ölümündən sonra “İgidliyə görə” II dərəcəli ordenlə təltif etməyi planlaşdırır.

Qeyd edək ki, Yurinin atası, “sovet qatil manyakı” kimi tanınan Andrey Çikatilo 53 nəfəri qətlə yetirib və 1994-cü il fevralın 14-də güllələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO