Ukraynada MDB çərçivəsində bağlanan daha bir sazişdən çıxmaq qərarı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.
O qeyd edib ki, MDB-yə üzv dövlətlər arasında malların ixracı və idxalı zamanı dolayı vergilərin tutulması prinsipləri haqqında Sazişdən çıxmağa dair qanun layihəsi təsdiqlənib.
Sənəd 1998-ci il noyabrın 25-də Moskvada imzalanıb və Ukrayna tərəfindən 2000-ci il aprelin 20-də ratifikasiya olunub.
Bizim.Media