Rusiyanın Ryazan vilayətindəki “Elastik” barıt zavodunda baş verən yanğın nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə regionun operativ qərargahı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada barıt zavodunda PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO
Şilovski rayonunda yerləşən “Elastik” zavodunda yanğın nəticəsində ölənlərin sayı 26 nəfərə yüksəlib.
Operativ qərargahın məlumatına görə, avqustun 20-nə olan vəziyyətə əsasən, ölənlərin siyahısında 26 nəfər var. Hazırda 30 nəfər stasionar müalicə alır (15-i Ryazanda, 15-i isə Moskvadakı tibb mərkəzlərində), 109 nəfərə isə ambulator müalicə göstərilir.
“Hazırda şəxsiyyətlərin müəyyən edilməsi və zəruri ekspertizalar aparılır”, – qərargah əlavə edib.
Yanğınla bağlı sənaye təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, zavodda yanğın avqustun 15-də başlayıb.
Bizim.Media