Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu “hinlər kralı” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Medvedev “X” hesabında paylaşım edib.
"Beyinsiz Qall xoruzu Ukraynaya qoşun yeritmək fikrindən imtina edə bilməz. Açıq şəkildə ifadə olunub:
"NATO sülhməramlıları yoxdur". Rusiya belə "təhlükəsizlik zəmanəti"ni qəbul etməyəcək. Amma özünün boğuq, pafoslu hinlər kralı olduğunu sübut etməyə davam edir”, - o qeyd edib.
Xatırladaq ki, Makron avqustun 18-də Tramp, Zelenski və digər Aİ liderləri ilə birgə Ağ Evdə keçirilən görüşdə bildirib ki, Ukraynaya güclü ordu və Avropanın öhdəliklərini əhatə edəcək təhlükəsizlik zəmanətləri lazımdır.
“Biz təhlükəsizlik zəmanətlərindən danışanda, bütün Avropa qitəsinin təhlükəsizliyindən danışırıq. Məhz buna görə də biz burada Ukrayna ilə birlikdəyik”, — deyə Makron bildirib.
Bizim.Media