Vyana növbəti “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi EDƏCƏK

Vyana növbəti “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi EDƏCƏK

Hazırda oxunan: Vyana növbəti “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi EDƏCƏK

266175

“Eurovision-2026“ mahnı müsabiqəsi Vyana şəhərində keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı milli yayım şirkəti Avstriya Teleradiosu (ORF) təsdiqləyib.

ORF-in baş direktoru Roland Vaysmann bildirib ki, yarımfinallar 12 və 14 may tarixlərində, final isə 16 mayda Vyanada Ştadthalle kompleksində baş tutacaqdır.
 

Bununla da milli yayım şirkəti ev sahibliyi üçün müraciət etmiş İnnsbruk və Vyana şəhərləri arasında seçimini paytaxt Vyana xeyrinə qəbul etmiş olub. Vaysmannın sözlərinə görə, hər iki şəhər inandırıcı konsepsiyalar təqdim ediblər.


Lakin münsif və ekspertlər qrupunun qiymətləndirilməsindən sonra Vyananın təklifinin təkcə infrastruktur və loqistika baxımından deyil, eyni zamanda iqtisadi cəhətdən daha uğurlu olduğu müəyyən edilib.
 

Vyana şəhərinin meri Mixael Ludviq verilən qərarı məmnuniyyət və qürurla qarşıladıqlarını bildirib və beynəlxalq tədbirlərin təşkilindəki təcrübəyə söykənərək, “Eurovision-2026“ çərçivəsində ictimai məkanlarda hamının qatıla biləcəyi tədbirlərə diqqət ayrılacağını bildirib.


Qeyd edilməlidir ki, 1967 və 2015-ci ildən sonra Vyana şəhəri bu beynəlxalq musiqi tədbirinə üçüncü dəfə ev sahibliyi edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO