Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Esedulla Abaçevin avtomobilini partladıb.
Bizim.Media xəbər verir ki, hücumun görüntüləri teleqram kanallarında yayılıb.
Məlumata görə, hadisə avqustun 16-dan 17-nə keçən gecə Kursk vilayətinin Rılski şəhərindən təxminən 5 km uzaqlıqda baş verib. Belə ki, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Rusiya Ordusunun “Sever” qruplaşmasının komandir müavini olan generalın avtomobilini vurublar.
Nəticədə Abaçev ağır xəsarət alıb, onun əl və ayağı amputasiya edilib.
General təcili şəkildə Moskvaya çatdırılıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də Rılski–Xomutovka yolunda Rusiya hərbi kolonuna zərbə endirildiyini və generalın bu hücum zamanı ciddi yaralandığını təsdiqləyib.
Həmin kadrları təqdim edirik:
Bizim.Media