ABŞ Ukrayna üçün silahları daha baha satırmış... – VİDEO

ABŞ Ukrayna üçün silahları daha baha satırmış... – VİDEO

Hazırda oxunan: ABŞ Ukrayna üçün silahları daha baha satırmış... – VİDEO

266100

ABŞ Avropaya silahı 10 faiz əlavə qiymətlə satır, sonra isə həmin silahlar Ukraynaya ötürülür.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Fox News”a müsahibəsində bildirib.
 

Jurnalistin “Ukraynanın təhlükəsizlik zəmanətləri çərçivəsində hava hücumundan müdafiəsinin xərcləri ABŞ-ın üzərinə düşəcəkmi və bu, amerikalı vergi ödəyicilərinə yük olacaqmı?” sualını cavablandıran Bessent deyib:


“Biz silahı avropalılara satırıq, onlar isə onu ukraynalılara ötürürlər. Prezident Tramp isə silaha 10 faiz əlavə qiymət qoyur. Ola bilsin, bu 10 faiz hava hücumundan müdafiə xərclərini ödəsin”.
 

Nazir əlavə edib ki, ABŞ-ın müharibə dövründə Ukraynaya göstərdiyi yardıma yatırılan vəsaitlərin geri qayıtması üçün müharibə başa çatmalıdır:


“Biz iqtisadi tərəfdaşlıq yaratmışıq və münaqişə bitən kimi bu, amerikalı vergi ödəyicilərinə ciddi fayda gətirə bilər. Biz sərmayələrimizi geri qaytara biləcəyik. Əgər Ukrayna uğur qazanarsa – biz də qazanacağıq”, – deyə Bessent vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO