Rusiya qoşunları avqustun 19-dan 20-nə keçən gecə zərbə dronları ilə Odessanın İzmail rayonuna hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti və Odessa Hərbi Administrasiyasının rəhbəri Oleh Kiper Telegram kanalında məlumat verib.
Oleh Kiperin sözlərinə görə, İzmaildə infrastruktur və istehsal obyektləri zədələnib, hadisə yerində baş verən yanğınlar operativ şəkildə yanğınsöndürənlər tərəfindən söndürülüb.
“Hadisə nəticəsində bir nəfər yaralanıb, ona bütün lazımi tibbi yardım göstərilir”, – deyə Kiper qeyd edib.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, zərbələr nəticəsində yanacaq-enerji infrastrukturuna aid obyektdə böyük yanğın başlayıb. Nəticələrin aradan qaldırılmasına 54 xilasedici və 16 texnika cəlb olunub, həmçinin “Ukrzaliznıtsia”nın yanğınsöndürən qatarı da prosesə qoşulub.
Bizim.Media