Türkiyənin Altınordu rayonunun Kökənli kəndində yaşayan Murat Çələbi qəribə hadisə ilə üzləşib.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, Təxminən 10 gün əvvəl fındıq yığımına başlayan fermer, bostana sərdiyi fındıqların azaldığını görüb və əvvəlcə oğurluqdan şübhələnib.
Evinin yol kənarında yerləşməsi səbəbindən fındıqlarının oğurlandığını düşünən Çələbi, məsələni polisə bildirməyi planlaşdırıb. Lakin evinin təhlükəsizlik kamerası görüntülərini izlədikdə, gecə saatlarında fındıqları donuzun yediyini görərək təəccüblənib.
Təxminən iki kisə fındığını itirdiyini bildirən Çələbi deyib:
"Bir neçə gün ardıcıl olaraq səhərlər fındığın azaldığını gördüm. Yol kənarında olduğu üçün oğurlandığını zənn etdim. Amma kameraya baxanda gecələri donuzların bostana girdiyini anladım"
Hadisədən sonra öz imkanları ilə tədbir gördüyünü qeyd edən fermer əlavə edib:
"Bir tərəfdən çox üzülürəm, çünki istidə əziyyət çəkib məhsul topladıq. Əvvəlcə polisə müraciət etməyi düşündüm, amma fındıqların donuz tərəfindən yeyildiyinə əmin olduq. Bu ili belə başa vuracağıq, gələn il isə daha ciddi tədbirlər görəcəyik". (Sonxeber.az)
Bizim.Media