“Ruslar dərhal güzəştə getdilər...” – Alyaska görüşü ilə bağlı YENİ DETALLAR

“Ruslar dərhal güzəştə getdilər...” – Alyaska görüşü ilə bağlı YENİ DETALLAR

Hazırda oxunan: “Ruslar dərhal güzəştə getdilər...” – Alyaska görüşü ilə bağlı YENİ DETALLAR

266085

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçirilən görüş barədə yeni detalları açıqlayıb.

Bizim.Media xəbər verir ki, Uitkoff bu barədə “Fox News”a müsahibəsində danışıb.

O, bildirib ki, Rusiya rəsmiləri danışıqlarda “demək olar ki, dərhal güzəştə gediblər”:
 

“Ruslar ilk görüşdə demək olar ki, dərhal güzəştlərə getdilər. Bu güzəştlər bizə onların daha konstruktiv mövqedə olub-olmayacaqlarını anlamağa kömək etdi”.


Onun sözlərinə görə, Tramp və komandası Ankoricdə keçirilən görüşdə Ukraynada müvəqqəti atəşkəsdən çox uzunmüddətli sülh sazişinə diqqət ayırıb:

“Biz orada kifayət qədər vaxt keçirdik, sülh sazişinə necə nail olmaq barədə irəliləyiş əldə etdik.
 

Alyaskadakı bu görüşdə prezident Tramp başa düşməyə başladı ki, bizdə tammiqyaslı sülh sazişi üçün kifayət qədər əsas var, o halda niyə məhz buna nail olmağa çalışmayaq?” — deyə Uitkoff əlavə edib.


Xüsusi nümayəndə həmçinin qeyd edib ki, ümumilikdə Vladimir Putin və onun yaxın ətrafı ilə 24–25 saatlıq görüşlər keçirib. Onun sözlərinə görə, bu, “həm şəxsi vaxt, həm də prezidentin yaxın adamları ilə müzakirələr” olub. Uitkoff Putinin köməkçisi Yuri Uşakov və Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşdüyünü bildirib.
 

Uitkoffun sözlərinə görə, o, dəfələrlə Rusiyaya səfər edərək, xüsusilə Rusiya–Ukrayna müharibəsi ilə bağlı məsələləri müzakirə edib.


Qeyd edək ki, Uitkoff sonuncu dəfə 6 avqustda Moskvada olub. Onun prezident Putinlə görüşü təxminən üç saat davam edib. Bu ilin əvvəlindən etibarən Uitkoff Rusiyaya beş dəfə səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO